XƏBƏRLƏR / Təbiət

Xətai rayonunda sürüşmənin səbəbi məlum olub

Bu barədə Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib

Xətai rayonunda sürüşmənin səbəbi məlum olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:09

    Xətai rayonu ərazisində baş verən sürüşməyə səbəb son günlər yağan yağışlar nəticəsində yamacdakı asılı süxur kütləsinin uçması olub.

    Bunu Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev deyib.

    O bildirib ki, Agentliyin mütəxəssisləri tərəfindən aparılan araşdırma və monitorinqlərin nəticələrinə görə, ərazidə ciddi təhlükə yoxdur.

    "Uçmuş süxur kütləsinin ərazidən götürülməsi və yamacın hamarlanması işləri aidiyyəti qurumlar tərəfindən həyata keçiriləcək".

    ***

    13:42

    Bakı şəhəri, Xətai rayonu ərazisində torpaq sürüşməsi olub.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib.

    O bildirib ki, hazırda Agentliyin mütəxəssisləri hadisə yerindədir:

    "Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək".

    Ə.Əliyev, həmçinin məlumat verib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.