XƏBƏRLƏR / Təbiət

Azərbaycanda bu gecə meteor yağışını izləmək olacaq

Mayın 5-dən 6-na keçən gecə saatda 20-30 meteorit görmək olar

Azərbaycanda bu gecə meteor yağışını izləmək olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mayın 5-dən 6-na keçən gecə Halley kometası ilə əlaqəli Eta Aquarids meteor yağışının piki gözlənilir.

    Astronomların fikrincə, əlverişli hava şəraitində Azərbaycan sakinləri də meteoritləri müşahidə edə biləcəklər. Müşahidə üçün ən yaxşı vaxt səhər açılan vaxta qədərki saatlardır.

    Bu dövrdə şimal yarımkürəsində, xüsusilə işıq düşmənin minimal olduğu yerlərdə saatda 20-30 meteorit görmək mümkündür.

    Eta Aquarids meteor yağışının illik görünüşünü səma seyrçiləri həmişə səbirsizliklə gözləyir. 75 ildə bir dəfə Günəşə tərəf qayıdan Halley Kometinin dağıntılarından yaranan "Halley qırıntıları" çərşənbə axşamı zirvəyə çatacaq və cənub yarımkürəsində şimala nisbətən daha parlaq olacaq.