XƏBƏRLƏR / Təbiət

Rusiyada zəlzələ qeydə alınıb

Seysmoloji xidmətlər Kemerovo vilayətində 3 təkan qeydə alıb

Rusiyada zəlzələ qeydə alınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Seysmoloji xidmətlər Rusiyanın Kemerovo vilayətinin Taştagöl rayonunda 3,1-4,1 bal gücündə 3 təkan qeydə alıb.

    Bu barədə bu gün Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsinin saytında məlumat verilib.

    "Seysmik hadisə ilə bağlı operativ məlumat: enlik - 53,09, uzunluq - 87,66, maqnituda - 4,1, episentrdə silkələnmə intensivliyi - 5 MSK64 bal", - məlumatda deyilir.