Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğasıdır
Bu barədə Rusiya Elmlər Akademiyasınıdan məlumat verilib
Oktyabrın 10-u axşam saatlarında Yerdə başlayan maqnit qasırğası iyul ayından bəri ən güclü qasırğa olub.
Bu barədə Rusiya Elmlər Akademiyasınıdan məlumat verilib.
"Yerdə son üç ayın ən güclü maqnit qasırğası baş verir. Sonuncu dəfə bu gücdə maqnit qasırğası 4 iyul 2026-cı ildə müşahidə olunub", - məlumatda bildirilib.
Alimlər qeyd ediblər ki, geomaqnit təlatümlərinin səbəbi həftənin əvvəlində Günəş aktivliyinin güclü sıçrayışı zamanı kosmosa atılan günəş plazması buludlarının Yerə çatması olub.
Hazırda maqnit qasırğasının intensivliyi beş ballıq şkala üzrə G3 ("güclü") səviyyəsinə uyğundur.
1 dəqiqədən az