XƏBƏRLƏR / Təbiət

Çində daşqınlar 15 nəfərin həyatına son qoyub

Çinin cənub-qərbində yerləşən Çunçinqdə günlərlə davam edən leysan yağışların yaratdığı daşqınlar insan itkisinə səbəb olub

Çində daşqınlar 15 nəfərin həyatına son qoyub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çinin cənub-qərbində yerləşən Çunçinqdə günlərlə davam edən leysan yağışların yaratdığı daşqınlar insan itkisinə səbəb olub. Yerli hakimiyyət ən azı 15 nəfərin həyatını itirdiyini, 4 nəfərin isə itkin düşdüyünü açıqlayıb. Daşqından ən çox zərər çəkən Vançjou bölgəsinə 2500-dən çox şəxsi heyət yerləşdirilib. On minlərlə insan evlərindən təxliyə edilib. Gölə çevrilən küçələrdə köməksiz qalanlar qayıqlarla xilas edilib. 

    Seldən sonra bəzi ərazilərdə təmizlik işlərinə başlanılıb.