XƏBƏRLƏR / Təbiət

Türkiyədə dalbadal bir neçə zəlzələ oldu

Bu barədə AFAD məlumat yayıb

Türkiyədə dalbadal bir neçə zəlzələ oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Malatya şəhərinin Pütürge rayonunda ayrı-ayrı vaxtlarda 4,7, 4,5 və 4,4 maqnitudada üç zəlzələ qeydə alınıb. Ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat olmayıb.

    Episentri Malatyanın Pütürge rayonunda olan 4,7 maqnitudada zəlzələ yerli vaxtla saat 04:34-də baş verib. Zəlzələ ocağı yerin 10 kilometr dərinliyində yerləşib.

    Saat 05:13-də baş verən ikinci zəlzələnin episentri də Malatyanın Pütürge rayonunda, zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib.

    Saat 05:23-də episentri Hatayın Hassa rayonunda yerləşən 4,4 maqnitudada üçüncü zəlzələ qeydə alınıb. Zəlzələ ocağı yerin 11 kilometr dərinliyində yerləşib.