Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ oldu
Bu barədə TRT Haber məlumat yayıb
Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb. Bu barədə TRT Haber məlumat yayıb. Vilayətin Göksun rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.7 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.