XƏBƏRLƏR / Təbiət

Palçıq vulkanlarının ətrafında ev tikmək təhlükəlidir

Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib

Palçıq vulkanlarının ətrafında ev tikmək təhlükəlidir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda palçıq vulkanı yerləşən ərazilərin yaxınlığında yaşayış məntəqələri çox tikilir.

    Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Bakı Dövlət Universitetində Azərbaycanın müasir seysmodinamik şəraiti haqqında danışarkən deyib.

    O bildirib ki,bununla bağlı hər dəfə xəbərdarlıq etmişik.

    “Bir gün palçıq vulkanı elə güclü partlaya bilər ki, həmin yaşayış məntəqələri bütövlükdə palçıq altında qala bilər”,- deyə o qeyd edib.