XƏBƏRLƏR / Təbiət

Şiddətli geomaqnit qasırğası olacaq

Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb

Şiddətli geomaqnit qasırğası olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Müsbət qütblü Tac Dəliyi Axınlarının bu gün və ya sabah, 18 yanvarda baş vermiş X1.95 sinifli alışmaya bağlı Tac Kütlə Atılmalarının yanvarın 20-də Yerə çatacağı gözlənilir.

    Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

    Qeyd olunub ki, bu səbəbdən də güclü (G3), hətta şiddətli (G4) geomaqnit qasırğasının baş verməsi ehtimalı var.