Boluda 4,8 bal gücündə zəlzələ baş verib. Düzcenin Kaynaşlı kəndində 4,5 bal gücündə zəlzələ olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.
AFAD Zəlzələ və Riskin Azaldılması Baş direktoru Orxan Tatar bildirib ki, Boluda 4.8 bal gücündə zəlzələ Şimali Anadolu qırılma xəttinin sonundakı kiçik bir qırılma xəttində baş vermiş zəlzələdir.
Bu qədər qısa məsafədə baş verən bu cür zəlzələlərin İstanbul, Mərmərədəki qırılmaları işə salmasından söhbət gedə bilməz.