Türkiyənin Kahramanmaraş və Hatay vilayətində yenidən zəlzələ qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, Kahramanmaraşın Türkoğlu və Hatayın Belen rayonlarında baş verən yeraltı təkan Rixter şkalası ilə 3.6 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 və 10.5 kilometr dərinliyində yerləşən zəlzələlərdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.