XƏBƏRLƏR / Təbiət

Hacıqabulda palçıq vulkanı püskürüb

Bu barədə Respublİka Seysmoloji Xİdmət Mərkəzi məlumat yayıb

Hacıqabulda palçıq vulkanı püskürüb
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hacıqabul rayonunda yanvarın 30-da yerli vaxtla saat 16:53-də palçıq vulkanının püskürməsi qeydə alınıb.

    Bu barədə Respublİka Seysmoloji Xİdmət Mərkəzi (RSMX) məlumat yayıb.

    Bildirilib ki, palçıq vulkanının püskürməsi AMEA nəzdində RSXM-nin vulkanətrafı seysmik stansiyaları tərəfindən qeydə alınıb.

    RSXM-nin "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin məlumatına əsasən, palçıq vulkanının püskürməsi 13 dəqiqə davam edib, bir faza ilə xarakterizə olunub.

    Püskürmənin dərinliyi 3 kilometr, püskürmə nəticəsində ayrılan enerji "3.38×10^6 coul" olub.