XƏBƏRLƏR / Təbiət

Qurban Yetirmişli: Zəlzələ 10 saniyədən az çəkib

Bunu AMEA nəzdində RSXM-nin baş direktoru keçirdiyi mətbuat konfransında deyib

Qurban Yetirmişli: Zəlzələ 10 saniyədən az çəkib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Təkanın baş verməsi 10 saniyədən az çəkib. Heç bir fəsad olmayıb, dağıntılar yoxdur.

    Bunu iyulun 4-də Xəzər dənizində baş vermiş zəlzələyə dair AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli mətbuat konfransında deyib.

    O xatırladıb ki, dünən yerli vaxtla 00:01-də Xəzər dənizində Azərbaycanın şimal-şərq hissəsində 65 km dərinlikdə maqnitudası 5.5 olan zəlzələ baş verib.

    "Zəlzələnin maqnitudası az olub, bəzi yerlədə hiss edilib. Gecə baş vermiş təkanın heç bir təhlükəsi yoxdur. Çox dərinlikdə yerləşir. Birmənalı olaraq belə təkanlar ciddi dağıntılar törədə bilməz. İlk zəlzələ qədər də güclü zəlzələ ola bilməz. Gecə səhərə qədər təkanlar olsa da, hiss edilməyib. Yayılan şayiələrə inanmayın”, - Qurban Yetirmişli qeyd edib.

    Onun sözlərinə görə, ölkəmizdə binalar tikilərkən 8 ballıq zəlzələyə davamlılığı da nəzərə alınır, layihələr buna əsasən hazırlanır.

    Qurban Yetirmişli deyib ki, Azərbaycan seysmik zonada yerləşir və buna görə zəlzələlərin olması normaldır: “Son zamanlar Azərbaycanda güclü zəlzələlərin baş verəcəyinə dair söz-söhbətlər yayılır. Kim deyir ki, Azərbaycanda zəlzələ olmayacaq?! Zəlzələ ola bilər. Azərbaycan seysmoloji zonada yerləşir və buna görə binalar tikilərkən bu, nəzərə alınır”.