Vanuatunun paytaxtı Port Vilada güclü zəlzələ baş verib FOTO
Yerli medianın məlumatına görə, azı bir nəfər həlak olub
Vanuatunun paytaxtı Port Vilada güclü zəlzələ ABŞ və Fransa səfirliklərinə ziyan vurub. Yerli medianın məlumatına görə, azı bir nəfər həlak olub.
Ada dövlətinin sahillərində 7,4 bal gücündə zəlzələ baş verib. Zədələnmiş binada ABŞ, Böyük Britaniya, Fransa və Yeni Zelandiyanın diplomatik nümayəndəlikləri yerləşir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə divarlarda çatlar, sınmış şüşələr və binanın dağıntıları altında əzilən avtomobillər görünür.
Vanuatunun paytaxtı Port Viladakı ABŞ səfirliyi zəlzələ nəticəsində ciddi ziyan görüb və bağlanacaq.
Bu barədə ABŞ-ın Papua-Yeni Qvineyanın paytaxtı Port Moresbi missiyası "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"ABŞ-ın Port Viladakı səfirliyi ciddi ziyan görüb və növbəti xəbərdarlığa qədər bağlanıb", - bəyanatda deyilir.