
16:35
Ağstafa rayonunda meşə sahəsində başlayan yanğında ətraf rayonlardan əlavə qüvvə cəlb edilib.
Rayonun Hayvalı adlanan meşə sahəsindəki yanğını söndürmək üçün ümumilikdə 7 yanğınsöndürən maşın hadisə yerinə cəlb edilib.
Qazax, Tovuz və Ağstafa rayonlarından əraziyə ümumilikdə 7 yanğınsöndürən maşınlar və çox sayda canlı qüvvə cəlb olunub.
***
16:16
Ağstafanın meşə sahəsində yanğın başlayıb.
Hadisə Ağstafa rayonunun Hayvalı adlanan meşə sahəsində qeydə alınıb.
Yanğının ərazisi hazırda böyüməkdədir. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, Hayvalı adlanan meşə sahəsi əsasən qışlaq kimi istifadə olunur.