Azərbaycanda daha bir zəlzələ baş verdi YENİLƏNİB
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildiriblər
Lerik ərazisində 3,7 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Zəlzələnin ocağı 27 km dərinlikdə yerləşib.
Səhər saatlarında İmişli ərazisində 3,6 bal gücündə təkanlar qeydə alınıb.
***
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 06:25-də Saatlı stansiyasından 20 kilometr şimal-qərbdə, İmişli rayonunda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib.
Maqnitudası 3,6-ya bərabər olan zəlzələ hiss olunmayıb.