Almatı yaxınlığında zəlzələ baş verib
Fevralın 14-də saat 16:35-də Qazaxıstanın Almatı vilayətində zəlzələ qeydə alınıb.
Zəlzələnin episentri Almatı vilayətinin Turgen kəndindən 15 km aralıda yerləşib.
Zəlzələnin enerji sinfi 8,8 baldır. MPV maqnitudası - 4,2, dərinliyi - 25 km.
Təkan hiss olunmayıb.
Almatı vilayətinin Fövqəladə Hallar Departamenti yerli icra orqanlarına, polis idarəsinə, Kazselezaşçitaya, prokurorluğa və digər təşkilatlara məlumat verib, həvalə edilmiş ərazilərdə vəziyyət dəqiqləşdirilir.
Dağıntı və tələfat barədə məlumat yoxdur.