XƏBƏRLƏR / Təbiət

Türkiyədə yenə zəlzələ oldu

Bu barədə AFAD məlumat verib

Türkiyədə yenə zəlzələ oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Bingöl vilayətində zəlzələ hadisəsi qeydə alınıb. Bu barədə AFAD məlumat verib. Bildirilib ki, təbiət hadisəsi vilayətin Genç rayonunda baş verib. Rixter cədvəli ilə 4.4 balla qiymətləndirilən yeraltı təkanın ocağı yerin 9 kilometr dərinliyində yerləşib. İtki və dağıntılar barədə məlumat yoxdur.

    Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Dünən isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.