XƏBƏRLƏR / Təbiət

İranda 5,1 bal gücündə zəlzələ olub

Bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb

İranda 5,1 bal gücündə zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranda 5,1 bal gücündə zəlzələ olub. Bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri İranın Bəndər Abbas şəhərindən 117 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. İtkilər və dağıntılar barədə hələlik məlumat yoxdur. Xatırladaq ki, fevralın 21-də də Bəndər Abbas şəhərindən 113 kilometr məsafədə 5,3 bal gücündə zəlzələ qeydə alınıb.