Ağstafanın Yuxarı Göycəli kəndindəki yanğın tam söndürülüb

VİDEO / YENİLƏNİB

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ağstafa rayonunun Dağ Kəsəmənli, Ağköynək və Yuxarı Göycəli kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınlar tam söndürülüb.

    Yanğının söndürülməsi üçün əraziyə Qazax, Tovuz rayonlarından da kömək göndərilib.

    Xatırladaq ki, əraziyə 7 yanğınsöndürən maşın və çox sayda canlı qüvvə cəlb olunub.

    ***

    26 avqust 2025-ci il

    21:45

    Ağstafa rayonunun Yuxarı Göycəli kəndi istiqamətində baş vermiş yanğın məhdudlaşdırılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

    Bildirilir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

    Rayonun Dağ Kəsəmənli və Ağköynək istiqamətində yanğınların söndürülməsi əməliyyatı davam edir.