XƏBƏRLƏR / Təbiət

Zəlzələ Naxçıvanda da hiss edilib

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib

Zəlzələ Naxçıvanda da hiss edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Martın 16-da yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasında 86 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. 

    Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5.3 bala qədər hiss olunub. Naxçıvan Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hazırda muxtar respublikanın bütün şəhər və rayonlarından məlumat toplanılıb və heç bir dağıntı qeydə alınmayıb.

    Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, muxtar respublikanın bütün şəhər və rayonlarından məlumat toplanılıb və heç bir dağıntı qeydə alınmayıb.

    Qeyd edək ki, İranın Xoy şəhərindən 41 km cənub-qərbdə zəlzələ baş verib, maqnitudası 5,1, gücü 7 bal olub.