Əfqanıstanda zəlzələ oldu
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb
Əfqanıstanda zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. 5.3 bal gücündə olan zəlzələnin episentri Kunduz şəhərindən 99 kilometr şərqdə yerləşib.
İtki və dağıntıların olub-olmaması barədə məlumat verilməyib.