Qazaxıstanda 17 min daşqın qurbanı dövlətə müraciət etdi
Qazaxıstan mənbələri xəbər verir
Qazaxıstanda 16 862 daşqın qurbanı dövlət dəstəyi üçün müraciət edib. Bu barədə hökumətin mətbuat xidməti xəbər verir.
“Qazaxıstanda irimiqyaslı daşqınlardan zərər çəkmiş vətəndaşlara dəymiş ziyanın ödənilməsi prosesi davam edir. Hökumət bu işi dövlət başçısı Qasım-Jomart Tokayevin tapşırığı ilə həyata keçirir. Atırau, Qərbi Qazaxıstan, Kostanay, Şimali Qazaxıstan və respublikanın bir sıra digər rayonlarının sakinləri xüsusi yaradılmış regional komissiyalara müvafiq ərizələr verirlər. Bu günə kimi 16 862 müraciət qəbul edilib”, - deyə məlumatda bildirilir. 2 mindən çox ailəyə birdəfəlik ödəmə verilib.