Gədəbəydə 100 ha sahə yanıb VİDEO

FHN xəbər verir

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Gədəbəy rayonu, Zəhmət kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında bildirilib.

    Qeyd edilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

    Yanğın nəticəsində dağlıq ərazidə 100 ha sahədə quru ot və kol-kos yanıb, ətraf ərazilər yanğından mühafizə olunub.