İranın Kermanşah əyalətində 5 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə ölkənin dövlət televiziyası xəbər verib.
Məlumata görə, zəlzələ əyalətin Qərbi Gilan rayonunda qeydə alınıb.
Tehran Universitetinin Seysmologiya Mərkəzi zəlzələ ocağının 9 kilometr dərinlikdə yerləşdiyini bildirib.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.
1 dəqiqədən az