XƏBƏRLƏR / Təbiət

Gürcüstanda torpaq sürüşməsi baş verdi

Bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb

Gürcüstanda torpaq sürüşməsi baş verdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstanın qərbində, Zuqdudi-Djavari-Mestia-Lasdili avtomobil yolunda torpaq sürüşməsi baş verib. Nəticədə avtomagistral tam bağlanıb.

    Bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb. Bildirilir ki, hazırda yolun təmizlənməsi və avtomobillərin hərəkətinin bərpası istiqamətində tədbirlər görülür.

    Torpaq sürüşməsinin daha hansı fəsadlar törətməsi barədə məlumat verilmir.