XƏBƏRLƏR / Təbiət

Türkiyədə xilasetmə işlərinə 13 740 personal cəlb olunub

Bu barədə fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat verib

Türkiyədə xilasetmə işlərinə 13 740 personal cəlb olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə baş verən zəlzələdən sonra axtarış-xilasetmə tədbirləri davam etdirilir. "Anadolu" agentliyi xəbər verir ki, ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bu barədə statistik rəqəmləri açıqlayıb.

    Bildirilib ki, zəlzələ bölgəsinə 13 740 personal cəlb olunub, habelə 360 nəqliyyat vasitəsi və 3 361 ədəd avadanlıq və cihaz da xilasetmə prosesində istifadə üçün ayrılıb. "Gecə boyu axtarış-xilasetmə tədbirləri və təminat-təchizat işləri davam edib", - deyə məlumatda bildirilib.

    Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.