Avstraliya sahillərində 5,9 bal gücündə zəlzələ olub
Bu barədə ölkənin Dövlət Geologiya Bürosu məlumat yayıb
Avstraliyanın Makkuari adasının sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə ölkənin Dövlət Geologiya Bürosu məlumat yayıb.
Zəlzələnin episentri adadan təxminən 700 km qərbdə yerləşib.
Burada Avstraliya və Yeni Zelandiya alimləri yaşayır, həmçinin Avstraliya tədqiqat donanmasının yerləşdiyi Makkuari adası subarktik tədqiqat stansiyası yerləşir.
Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.