XƏBƏRLƏR / Təbiət

Türkiyədə zəlzələdə ölənlərin sayı 18 mini ötdü

Türkiyənin Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat verir

Türkiyədə zəlzələdə ölənlərin sayı 18 mini ötdü
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 10.02.2023 10:37

    Türkiyənin Fövqəladə Hallar İdarəsi (AFAD) cümə günü verdiyi məlumata görə, Türkiyədə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb.

    “Son məlumatlara görə, 18 342 vətəndaşımız həlak olub, 74 242 nəfər yaralanıb. Təbii fəlakət zonalarından 75 780 nəfər təxliyə edilib”, - nazirlikdən bildirilib.

    18:15

    Türkiyə Prezidenti R.T.Ərdoğan həlak olan və yaralılarla bağlı yeni sayı açıqlayıb. Onun sözlərinə görə, həlak olanların sayı 16 170, yaralıların sayı isə 64 194 nəfərə çatıb.

    15:22

    Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 14 351 nəfərə çatıb. "TRT Haber" xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay açıqlama verib.

    14:25

    Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 14 014 nəfərə çatıb. "TRT Haber" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

    O, yaralıların sayının da 63 794 nəfərə yüksəldiyini söyləyib.

    ***

    Türkiyədə dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 12 mini ötüb. Bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) yayıb.

    Məlumata görə, həlak olanların sayı 12 391 nəfərə çatıb. Yaralıların sayı isə 62 914 nəfərə yüksəlib.