XƏBƏRLƏR / Təbiət

İlin ikinci Ay tutulması başlayıb YENİLƏNİB

Ay tutulmasını Azərbaycanda da görmək mümkün olacaq

İlin ikinci Ay tutulması başlayıb YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 19:33

    2025-ci ilin ikinci Ay tutulması baş verir.

    Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu, bəzən “Qanlı Ay” da adlandırılan tam Ay tutulmasıdır.

    Yarımkölgəli Ay tutulması saat 19:28:21-də, qismən tutulma saat 20:27:02-də, tam tutulma saat 21:30:41-də başlayacaq. Tutulmanın maksimumu saat 22:11:47-də baş verəcək.

    Tam tutulma saat 22:52:47-də, qismən tutulma saat 23:56:26-da, yarımkölgəli Ay tutulması saat 00:55:00-da sona çatacaq.Tam tutulma 82 dəqiqə davam edəcək.

    Ay tutulmasını Azərbaycanda da görmək mümkün olacaq

    2025 -ci ilin ikinci tam Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək. Azərbaycan ərazisində axşam saatlarından başlayaraq gecə yarısına kimi tam Ay tutulmasını müşahidə etmək mümkün olacaq. Ölkə vətəndaşları "Qanlı Ay" tutulmasını canlı izləyə bilərlər.

    ***

    12:15

    Sentyabrın 7-dən 8-nə keçən gecə Azərbaycan ərazisində tam Ay tutulması - el arasında “Qanlı Ay” adlandırılan astronomik hadisə müşahidə olunacaq.

    Bu barədə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

    Tutulma prosesi saat 19:28-də Ayın Yer yarımkölgəsinə daxil olması ilə başlayacaq. Saat 21:30-da isə Ay tam tutulma mərhələsinə keçəcək.

    Tutulmanın maksimum mərhələsi saat 22:11-də baş verəcək. Bu zaman Ay səma cisimləri arasındakı işıq sönməsi səbəbilə qırmızımtıl rəngdə görünəcək. Tam tutulma mərhələsi 22:52-yə qədər davam edəcək. Ay tutulması prosesi bütövlükdə saat 00:55-də, Ayın yarımkölgədən çıxması ilə sona çatacaq. Ümumilikdə, tutulma təxminən 5 saat davam edəcək.

    Bu nadir astronomik hadisə yalnız Azərbaycanda deyil, Avropa, Asiya, Afrika və Avstraliyada da müşahidə oluna biləcək. Lakin Şimali və Cənubi Amerikada həmin vaxt Ay üfüqdən aşağıda olacağı üçün tutulma izlənə bilməyəcək.