XƏBƏRLƏR / Təbiət

Türkiyədə ölənlərin sayı 5 minə çatır

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer bildirib

Türkiyədə ölənlərin sayı 5 minə çatır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə ötən gün baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 4544 nəfərə çatıb. Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer bildirib. Onun sözlərinə görə, təbii fəlakət zamanı yaralananların sayı 27 min nəfəri ötüb.

    Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.