XƏBƏRLƏR / Təbiət

Adanada zəlzələ oldu

Bu barədə AFAD məlumat yayıb

Adanada zəlzələ oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Adana vilayətində yenidən zəlzələ qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb.

    Vilayətin Saimbeyli rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.2 ballıq maqnituda ilə qiymətləndirilib.

    Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.