XƏBƏRLƏR / Təbiət

Dünyanın ən böyük mərcanı aşkar edilib

Mərcanın eni 34 metrdir

Dünyanın ən böyük mərcanı aşkar edilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Solomon adaları sahillərində dünyanın ən böyük mərcanı tapılıb.

    “National Geographic” nəşrinin dəniz bioloqları Sakit okeanda tapılan mərcanın yaşının 300 ildən çox, ölçüsünün isə “mavi balina” uzunluğuna çatması ilə bağlı hesablamalar aparıblar.

    “Mərcanın eni 34 metrdir ki, bu da beş tennis kortu ilə müqayisə edilə bilər. Onun diametri 32 metr, hündürlüyü isə 5,5 metrdir. Belə iri mərcanların çoxalma potensialı var ki, bu da onları qlobal istiləşmə şəraitində dağılan qayaların bərpasında mühüm elementə çevirir”.

    Tədqiqatçılar mərcanın sağlam göründüyünü və canlı rənglərə malik olduğunu bildiriblər.

    Solomon adalarının ətraf mühit naziri Trevor Manemahaqa deyib: “Biz istəyirik ki, dünya bizim ölkənin xüsusi bir bölgədə yerləşdiyini başa düşsün”.