XƏBƏRLƏR / Təbiət

Sakit okeanda 6,9 bal gücündə zəlzələ oldu

Paytaxt Tokioda isə kiçik dalğalanmalar qeydə alınıb

Sakit okeanda 6,9 bal gücündə zəlzələ oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sakit okeanda, Yaponiyanın Oqasavara adalarının qərbində 6,9 bal gücündə zəlzələ baş verib.

    Bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb. Zəlzələ ocağının 540 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Yeraltı təkanlar Oqasavara adalarında hiss olunub, paytaxt Tokioda isə kiçik dalğalanmalar qeydə alınıb.

    Öz növbəsində Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin maqnitudasını 6,5 bal gücündə qiymətləndirib.

    Tələfat və dağıntılar barədə məlumat verilmir, sunami təhlükəsi elan edilməyib.