XƏBƏRLƏR / Təbiət

Geomaqnit qasırğası gözlənilir

Bu barədə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib

Geomaqnit qasırğası gözlənilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Günəş küləyi sürətinin müsbət qütblü Tac Dəliyi Axınlarının təsiri ilə yenə də normadan yüksək səviyyədə olacağı gözlənilir.

    Bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

    Bildirilib ki, geomaqnit sahəsinin Tac Dəliklərinin geoeffektiv olması səbəbilə 22-24 dekabr tarixlərində G1-G2 səviyyəli, yəni zəif və orta güclü geomaqnit qasırğası gözlənilir.