XƏBƏRLƏR / Təbiət

İranda güclü yağışlar sahil xəttini tünd qırmızıya boyayıb

Nadir təbiət hadisəsi Hörmüz adasının "Qırmızı Çimərlik" kimi tanınan sahilində müşahidə edilib FOTO

İranda güclü yağışlar  sahil xəttini tünd qırmızıya boyayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Hörmüz adasında yağan güclü yağışlar "Qırmızı Çimərlik" kimi tanınan sahil xəttini tünd qırmızıya çevirib.

    Bu nadir təbii fenomen yerli torpağın tərkibində yüksək dəmir oksidi olması ilə əlaqədardır.

    Yağış suyu dağlardan dəmir oksidi ilə zəngin vulkanik torpağı (helac) yuyub aparır və "qanlı yağışa" bənzər dramatik, lakin təbii bir mənzərə yaradır.