Aralıq dənizində rekord su temperaturu qeydə alınıb
Bu barədə Frans-Press agentliyi məlumat yayıb
İspaniyanın Okeanoqrafiya İnstitutu bu həftənin əvvəlində Aralıq dənizində rekord su temperaturu qeydə alıb.
Bu barədə Frans-Press agentliyinə qurumdan məlumat verilib.
"Bazar ertəsi Aralıq dənizinin səthində 40 ildən artıq bir müddət ərzində rekord göstərici, orta sutkalıq temperatur qeydə alınıb. Bu, Selsi üzrə 28,71 dərəcəyə çatıb", - institutdan bildirilib.