Əhmədlidə sürüşmə baş verib, dağıntı və tələfat yoxdur
Baş verən sürüşmənin səbəbi məlum olub YENİLƏNİB
12:13
"Xətai rayonu Əhmədli qəsəbəsində baş verən sürüşmə texniki səbəblərdən baş verib".
Bunu Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ərazidə vaxtilə istehsal müddəti başa çatmış su borusu keçir: “Borunun parçalanması və su buraxması səbəbindən torpağın üst qatında su yığıntıları əmələ gəlib. Alt qat su keçirməyən lay olduğuna görə orada sürüşkənlik əmələ gətirib. Bu, adi sürüşmə prosesidir. Su yığıntları səbəbindən torpağın pillənkənvari hissəsində sürüşmə olub".
Ənvər Əliyev qeyd edib ki, ərazidə daha bir neçə yerdə sürüşmə təhlükəsi yaranıb: “Ərazidə mütləq tez bir zamanda su təsərrüfat sistemi yenilənməlidir və müasir borularla əvəzlənməlidir. Çünki ərazidə boruların axıntısından sınıq yerlər yaranıb. Bu gələcəkdə sözügedən ərazidə sürüşmə təhlükəsi yaradır. Hazırkı sürüşmə yerinin sağ və sol hissələrində biz qırıntılar aşkar etmişik. Gələcəkdə burada daha böyük sürüşmə ola bilər".
***
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Bakının Xətai rayonu, Gəncə prospektində yerləşən parkın ərazisində baş verən hadisə ilə bağlı açıqlama yayıb.
Bu barədə qurum xəbər verir.
Bildirilib ki, parkda suvarma üçün istifadə olunan su xətləri Xətai rayon Sukanal İdarəsinə məxsus deyil.
Qeyd edək ki, bu gün Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən parkda sürüşmə hadisəsi baş verib.
***
11:28
Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində baş verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hazırda hadisə yerindədir.
Həyətdə parklanan avtobillərin üstünə palçıq tökülüb. İstinad divarları palçığın yaxındakı binanın içınə dolmağa imkan verməyib.

Bu barədə Geoloji Kəşfiyyat Agentliyindən məlumat verilib.
Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib ki, ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək.
2 dəqiqə