XƏBƏRLƏR / Təbiət

Yunanıstanın Korfu adasında meşə yanğını baş verib

Bir həftə əvvəl Rodosda başlamış meşə yanğını yayılmaqda davam edir

Yunanıstanın Korfu adasında meşə yanğını baş verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yunanıstanın Korfu adasında meşə yanğını baş verib.

    Yunanıstan Yanğınsöndürmə İdarəsinin məlumatına görə, yanğın səbəbindən 12 yaşayış məntəqəsi boşaldılıb. Ümumiyyətlə, dünən Yunanıstanda 82 meşə yanğını hadisəsi qeydə alınıb.

    Xatırladaq ki, bir həftə əvvəl Rodosda başlamış meşə yanğını yayılmaqda davam edir.