XƏBƏRLƏR / Təbiət

Əlcəzairdə meşə yanğınlarında ölənlərin sayı 34 nəfərə çatıb

Bu barədə Əlcəzair Daxili İşlər Nazirliyinin məlumatı yayılıb

Əlcəzairdə meşə yanğınlarında ölənlərin sayı 34 nəfərə çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əlcəzairin şimalında və şərqində tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.

    Əlcəzair Daxili İşlər Nazirliyinin məlumatına görə, həlak olanların 10-u hərbçidir. Xilasedicilər ölkənin üç vilayətində 1,5 min insanı təxliyə ediblər. Yanğınla mübarizəyə 7,5 min yanğınsöndürən və xüsusi texnika, o cümlədən aviasiya cəlb olunub.

    Miqyaslı meşə yanğınlarının isti və quru hava şəraitindən qaynaqlandığı bildirilir. Bazar ertəsi günü Əlcəzairin bəzi bölgələrində havanın temperaturu 48 dərəcəyə qədər yüksəlib.