Türkiyədə yerli saatla 04:41-də zəlzələ olub. Bu barədə TRT Haber Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən məlumat yayıb. Bildirilib ki, episentri Kahramanmaraşın Göksun rayonu olan yeraltı təkan 4,1 böyüklüyündə qeydə alınıb.
Zəlzələnin 7 kilometr dərinlikdə yerləşdiyi müəyyən edilib.
Qeyd edək ki. fevralın 6-da Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 50 minə yaxındır.