XƏBƏRLƏR / Təbiət

Zaqatalada maqnitudası 4.1 olan zəlzələ baş verib

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib

Zaqatalada maqnitudası 4.1 olan zəlzələ baş verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Zaqatala rayonunda zəlzələ olub.

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

    Bildirilib ki, maqnitudası 4.1, dərinliyi 5 km olan zəlzələ hiss olunub.

    Dağıntı və itki haqda məlumat verilmir.