XƏBƏRLƏR / Təbiət

Lerikdə zəlzələ olub

Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir

Lerikdə zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Lerik rayonunda zəlzələ baş verib.

    Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan verilən məlumata görə, yeraltı təkanlar Yardımlı stansiyasından 23 kilometr cənub-şərqdə qeydə alınıb.

    Yerli vaxtla saat 16:03-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.

    Zəlzələnin ocağı 19 kilometr dərinlikdə yerləşib.

    Zəlzələ hiss edilməyib.