XƏBƏRLƏR / Təbiət

Türkiyədə zəlzələdə ölənlərin sayı 41 minə çatır

Bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin  sədri Yunus Sezer deyib

Türkiyədə zəlzələdə ölənlərin sayı 41 minə çatır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fevralın 6-da Türkiyədə baş vermiş iki ardıcıl zəlzələ nəticəsində ölənlərin sayı 40 689 nəfərə çatıb. Bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin  (AFAD) sədri Yunus Sezer deyib. Onun sözlərinə görə, Hatay və Maraş xaric, zəlzələnin təsir etdiyi vilayətlərin böyük hissəsində axtarış-xilasetmə işləri başa çatdırılıb.

    Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.