Azərbaycanda zəlzələ oldu
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib
Aprelin 15-də Saatlı stansiyasından 18 kilometr şimal-qərbdə - İmişli rayonunda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu xəbər verir ki, yerli vaxtla saat 03:53-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.2-yə bərabər olub.
Ocağı 50 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.