XƏBƏRLƏR / Təbiət

Gürcüstanda torpaq sürüşməsində ölənlərin sayı 11-ə çatıb

Bu barədə səhiyyə naziri Zurab Azaraşvili bildirib

Gürcüstanda torpaq sürüşməsində ölənlərin sayı 11-ə çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasında baş vermiş torpaq uçqunu nəticəsində ölənlərin sayı 11-ə çatıb.

    Bu barədə səhiyyə naziri Zurab Azaraşvili bildirib. O, 25 nəfərin axtarışlarının aparıldığını qeyd edib.

    Xatırladaq ki, dünən Gürcüstanın Oni bələdiyyəsi ərazisindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi zamanı onlarla insan itkin düşüb.