XƏBƏRLƏR / Təbiət

Türkiyədə iki hissedilən zəlzələ qeydə alınıb

Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) xəbər yayıb

Türkiyədə iki hissedilən zəlzələ qeydə alınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 11:42

    Türkiyənin Denizli vilayətinin Buldan rayonunda 5,1 bal gücündə zəlzələ baş verib.

    Zəlzələ 7 kilometr dərinlikdə qeydə alınıb.

    Zəlzələnin ətraf rayonlarda da hiss olunduğu qeyd edilib.

    ***

    10:48

    Türkiyə saatı ilə 09:22 radələrində İzmir, Manisa, Dənizli, Muğla və Aydın ətrafında zəlzələ olub.

    Zzəlzələnin güclü hiss edildiyi bildirilib.

    Yeraltı təkanla bağlı hələ ki, Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti açıqlama yaymayıb.