XƏBƏRLƏR / Təbiət

Əfqanıstanda güclü zəlzələ: 2000-dən çox ölü

9 mindən çox yaralı var

Əfqanıstanda güclü zəlzələ: 2000-dən çox ölü
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 09:51

    Əfqanıstanda baş vermiş zəlzələ və afterşokların qurbanlarının sayı 2 minə çatıb.

    Bu barədə Associated Press Taliban nümayəndəsinə istinadən xəbər verir.

    ***

    08:20

    Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 500 nəfəri keçib.

    Bu barədə Reuters agentliyi məlumat yayıb.

    ***

    Əfqanıstanın Herat vilayətində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 215-ə çatıb.

    Bu barədə TRT kanalı yerli rəsmilərə istinadən məlumat yayıb.

    Yaralıların sayı 1000-i keçib.

    Taliban hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Molla Canan Saik Heratın Zindecan rayonunda 7 kəndin zəlzələ nəticəsində ciddi ziyan gördüyünü və itkilərin sayının artdığını qeyd edib.

    ABŞ Geoloji Xidmətindən (USGS) bildirilib ki, səhər saat 11.00-a olan məlumata görə, Heratda 6.3, 5.5, 4.7, 6.3, 5.9, 4.6 və 6.3, 5.5, 4.7, 6.3, 5.9, 4.6 və 6.3 bal gücündə zəlzələlər qeydə alınıb. Əfqanıstanın İranla sərhədində 4,8, sonra isə 4,9 bal gücündə bir çox zəlzələ baş verib.