Filippində qasırğa nəticəsində 25 nəfər ölüb
Bu barədə “GMA News” telekanalı məlumat yayıb
Filippində “Doxuri” tropik qasırğası nəticəsində ölənlərin sayı 25-ə çatıb, daha 20 nəfər itkin düşüb.
Bu barədə “GMA News” telekanalı məlumat yayıb.
Daha əvvəl 13 nəfərin öldüyü barədə məlumat yayılmışdı. Fırtına əsasən arxipelaqın ən böyük adasına - Luzona təsir edib. Güclü qasırğa elektrik xətlərinə ziyan vurub və torpaq sürüşməsinə səbəb olub.
Milli Fəlakətlərin Qarşısının Alınması və Cavab Şurası 260 mindən çox insanın evlərini tərk etdiyini, bəzilərinin təxliyə mərkəzlərində olduğunu bildirib. Təxminən 36 evə ziyan dəyib və ya dağılıb. Fırtına nəticəsində ölkənin hava limanlarında 85 reys təxirə salınıb.