XƏBƏRLƏR / Təbiət

Qaribaşvili fəlakət zonasına getdi

Bu barədə gürcü KİV-ləri məlumat yayıb

Qaribaşvili fəlakət zonasına getdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Gürcüstanın Baş naziri İrakli Qaribaşvili torpaq sürüşməsinin baş verdiyi Şovi kurortuna gedib.

    Bu barədə gürcü KİV-ləri məlumat yayıb.

    Qeyd edək ki, insanları təxliyə etmək üçün hadisə yerinə xilasedicilər və polis əməkdaşları gəlib. Uşaqlar da daxil olmaqla, 140 nəfər təxliyə edilib. Son məlumata görə, torpaq altında qalan 50 nəfərin 6-nı aşkar etmək mümkün olub.

    İmedi TV xəbər verir ki, xilasedicilər Şovi kurortunda (Raça-Leçxumi və Kvemo Svaneti bölgələri) sürüşmə nəticəsində daha dörd nəfərin cəsədini tapıblar.

    Avqustun 3-də yerli vaxtla saat 15:00 radələrində Şovidə sürüşmə nəticəsində iki nəfər ölüb. Körpülər dağıdılıb, Şovinin girişindəki yol zədələnib. İnsanları təxliyə etmək üçün Daxili İşlər Nazirliyinin sərhəd polisinin helikopterlərində xilasedicilər və polis hadisə yerindədir. Artıq 210 nəfəri çıxara bilib.

    Fəlakət bölgəsində olan və əlaqə saxlamayan 31 nəfərin axtarışları davam edir.

    Axtarış-xilasetmə işləri bu gün səhər saat 06:00-da bərpa edilib. Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisinin iki helikopteri, 400-ə yaxın xilasedici və kinoloq prosesə qoşulub. Hadisə yerinə xüsusi texnika səfərbər edilib.

    Şovi iqlim və balneoloji kurortu Onski rayonunda (Raça-Leçxumi və Kvemo Svaneti bölgəsi) dəniz səviyyəsindən 1,5 min metr yüksəklikdə yerləşir.